Elnarə Əliyeva vəfat etdi (Foto)

23.09.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşı Elnara Əliyeva vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib.

Bildirilib ki, Elnara Əliyeva universitetin Təsərrüfatın idarə olunması departamentinin Təsərrüfat şöbəsinin Abadlıq və təmizlik işləri sektorunda xadimə vəzifəsində çalışıb.

O, 1962-ci ildə Bakı şəhərində anadan olub və 2010-cu ildən BDU-da işləyib.

BDU rəhbərliyi və kollektivi Elnara Əliyevanın vəfatından kədərləndiyini bildirərək ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью