Elnarə əri ilə bağlı: “Bejə hamı İTV yə baxsın!” VİDEO

14.11.2025

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elnarə Xəlilova sosial şəbəkə hesabında ərinə dair paylaşım edib. 

"Yeni Sabah" xəbər verir ki, o, Rövşən Cahangirovun İTV-də yayımlanan “Cümə axşamı” verilişinin qonağı olacağını bildirib.

Müğənni hər kəsi Saleh Bağırovun aparıcısı olduğu verilişə baxmağa çağırıb: “Bejə (bu gecə - red.) hamı İTV-yə baxsın”.

Rövşən Cahangirov Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, Mətbuat xidmətinin rəhbəridir.

Elnarə Xəlilova da DSX-nın əməkdaşı və rütbəcə kapitandır. O, xidmətini və musiqi fəaliyyətini paralel davam etdirir.

Xəlilova-Cahangirov cütlüyünün 4 övladı var.

Əsmətxanım


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью