Icma.az bildirir, Axsham.az portalına istinadən.
Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxan evində məclis edərək, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, Əməkdar artistlər Xəyyam Nisanov, Abbas Bağırov, müğənnilər Elnur Məmmədov və Natavan Həbibini bir araya toplayıb.
Axşam.az-ın məlumatına görə, gecədə "W-trio" qrupunun solistlərindən olan müğənni Elnarə Xəlilovanın yer almaması diqqət çəkib.
Röya ünvanlanan suallara cavab verərək, Elnarənin gəlməmə səbəbini açıqlayıb:
"Hamı Elnarəni soruşur. Gəlməsə də, ürəyi bizimlədir. Danışmışıq, xəbəri var. Amma bir az nasazdı və ona görə də gələ bilmir".
Elnarə isə onlara "Sevirəm sizi, ürəklər" şərhini yazıb.
Qeyd edək ki, Röya, Natavan və Elnarə illərlə küsülü olub. Onlar ötən il barışıblar.