Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müğənni Elnarə Xəlilova həmkarı Xatirə İslamın televiziya proqramında səsləndirdiyi fikirlərə etiraz edib. Sənətçi ona ünvanlanan sualı yerindəcə cavablandıraraq münasibətini gizlətməyib.
Demokrat.az xəbər verir ki, hadisə “Afaqla 10lar” verilişində yaşanıb. Proqram zamanı Xatirə İslam Elnarə Xəlilovaya müraciət edərək, səhnəyə yeni mahnılarla çıxmağın daha məqsədəuyğun olacağını bildirib.
Bu fikirlər Elnarə Xəlilovanın narazılığına səbəb olub. Müğənni cavabında bildirib ki, Xatirə İslam onun yaradıcılığı barədə kifayət qədər məlumatlı deyil. O qeyd edib ki, son 7 il ərzində mütəmadi olaraq yeni mahnılar təqdim edib və bu müddətdə 80-dən çox bəstə yayımlanıb.
Elnarə Xəlilova əlavə edib ki, bu qədər məhsuldar fəaliyyəti nəzərə almadan səsləndirilən fikirlər əsassızdır və onun repertuarı ilə tanış olmaq üçün sadəcə açıq mənbələrə baxmaq kifayətdir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, hadisə “Afaqla 10lar” verilişində yaşanıb. Proqram zamanı Xatirə İslam Elnarə Xəlilovaya müraciət edərək, səhnəyə yeni mahnılarla çıxmağın daha məqsədəuyğun olacağını bildirib.