Elnur Bağırov Milli Fəaliyyət Planının hədəflərini açıqladı

14.10.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov deyib.

O bildirib ki, bu məqsədlə bazar iştirakçılarının fəaliyyət imkanlarının genişləndirilməsi, dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallığın gücləndirilməsi, bazar prinsiplərinin tətbiqi potensialı olan sahələrdə mərhələli keçid imkanlarının qiymətləndirilməsi, ölkə və regionlar üzrə rəqabət səviyyəsinin ölçülməsi, elmi və məlumat əsaslı təhlilin inkişafı, rəqabət mədəniyyətinin yüksəldilməsi və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi nəzərdə tutulur.

"Bu tədbirlər nəticəsində daha açıq və səmərəli bazarların formalaşması, sahibkarlıq və investisiya fəallığının yüksəlməsi, innovativ biznes təşəbbüslərinin genişlənməsi və iqtisadi subyektlərin rəqabətqabiliyyətliliyinin artması gözlənilir. Beləliklə, Milli Fəaliyyət Planı rəqabət siyasətinin yeni mərhələsini praktik tədbirlər və konkret nəticə indikatorları ilə əlaqələndirən mühüm icra mexanizmidir", - deyə sədr qeyd edib.

Könül

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью