Elnur Cəfərov “İmişli”nin transfer HƏDƏFİNDƏ

12.01.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

“İmişli” klubu yeni transferə hazırlaşır. 
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi təcrübəli futbolçu Elnur Cəfərovla danışıq aparır. 
“Xəzər-Lənkəran”ın və milli komandamızın keçmiş üzvü hazırda birinci divizionda çıxış edən “Şəfa” klubunun şərəfini qoruyur.
Əgər futbolçu ilə danışıqlar müsbət yekunlaşarsa, o qış fasiləsindən sonra “İmişli”nin heyətində debüt edə bilər.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью