Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

06.06.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

Bir vaxtlar ölkənin ən perspektivli gənc futbolçusu sayılan, son mövsümü 1-ci Liqadanın qalibi "Şəfa"da keçirən yarımmüdafiəçi Elnur Cəfərovun taleyinə yaxın günlərdə aydınlıq gələcək.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən futbolçunun əksər komanda yoldaşlarından fərqli olaraq, indiki iş yerində qalmaq ehtimalı yüksəkdir.

Hazırda Cəfərovla "Şəfa" rəhbərliyi arasında danışıqlar gedir. 

Daha öncə elitada Bakı təmsilçisinin uğurları üçün çalışacaq bir neçə futbolçunun adına aydınlıq gəlib.

"Şamaxı" ilə vidalaşan müdafiəçi Arsen Ağcabəyov, "Sabah"dan ayrılan qapıçı Nicat Mebalıyev, "Kəpəz"lə müqaviləsinin müddəti başa çatan müdafiəçi Rauf Hüseynli ilə razılıq əldə edilib. 1-ci Liqadakı heyətdən isə qapıçı Əlirza Müştəbazadə, vinger Nahid Əliyev, yarımmüdafiəçi İsmayıl Zülfüqarlı və mərkəz müdafiəçisi Nihad Quliyev bakılıların sıralarında qalacaqlar. 

Toğrul

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью