Elnur Ebru Gündeşlə münasibətlərindən danışdı

03.08.2026

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müğənni Elnur Hüseynov vaxtilə Türkiyənin “O səs Türkiyə” yarışmasında komandasında olduğu Ebru Gündeşlə münasibətlərindən danışıb.

Axşam.az xəbər verir ki, bu haqda sənətçi ARB TV-yə açıqlamasında danışıb. Yarışmada qalib olan ifaçı onların hazırda da əlaqə saxladıqlarını bildirib.

“Danışırıq, amma çox az olur. Ebrunun elə də vaxtı yoxdur. O, çox gözəl qadındır, güclüdür və hər zaman yanımda olub. Birlikdə keçdiyimiz yolu heç vaxt unutmuram. Biz birlikdə birincilik qazandıq” deyə, Elnur söyləyib.

Sənətçi yarışmadan sonra imzaladığı müqavilənin müddətinin başa çatdığını da açıqlayıb:

“Müqavilə bitdi. Hazırda tək çalışmağın mənim üçün daha yaxşı olduğunu düşünürəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью