Elnur Əliyev: Azərbaycan 2040cı ilədək süni intellekt sektorunda 40 milyard dollarlıq əlavə dəyər yaratmağı hədəfləyir

06.12.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

Azərbaycan süni intellektə sərmayə qoymağı strateji məqsəd kimi müəyyənləşdirib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev VIII İstanbul İqtisadiyyat Zirvəsində deyib.

O bildirib ki, hazırda Azərbaycan süni intellekt sektorunda 600 şirkəti dəstəkləyir: “2040-cı ilə qədər süni intellekt sektorunda 40 milyard ABŞ dollarlıq əlavə dəyər yaratmağı hədəfləyirik. Bu da, illik 2,5 milyard ABŞ dolları deməkdir”.

E. Əliyev qeyd edib ki, süni intellekt məhsuldarlığı artıracaq və işqüvvəsinin davamlılığını qoruyacaq: “Süni intellekt sahəsində əməkdaşlığımızı artırmalıyıq".

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью