Icma.az, Azertag saytına istinadən bildirir. Bakı, 30 may, AZƏRTAC Asiya və Avropanı birləşdirən Orta Dəhliz regional əməkdaşlıq, korporativ
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctima
Azərbaycan öz ərazisindən keçən nəqliyyat dəhlizlərinin və Xəzər dənizinin nəqliyyat-tranzit potensialının artırılmasına böyük önəm verir.
Türkiyə ilə nəqliyyat-logistika sahəsində əlaqələrimiz strateji xarakter daşıyır.
Bu sahədə tərəfdaşlığımızın inkişaf etməsi məmnunluq doğurur.
Orta Dəhliz boyu ölkəmizdən keçən nəqliyyat dəhlizləri, Bakı Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər layihələr Azərbaycandan Türkiyə vasitəsilə Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün ən qısa və səmərəli nəqliyyat marşrutlarını formalaşdırır.
Azərbaycan bu çərçivədə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı kimi, öz hesabına dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan infrastruktur layihələrinə investisiya yatırıb.
Eyni zamanda, Qars-Naxçıvan dəmir yolu layihəsini Orta Dəhlizin yeni bir qolunun yaranması kimi qiymətləndirməliyik", - deyə El.Əliyev qeyd edib.