Elnur Məmmədli: “Doğma divarlar” həm üstünlük, həm də təzyiqdir”

12.10.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Azərbaycan cüdoçuları Bakı-2026 dünya çempionatında uğurlu çıxış ediblər”.

İdman.Biz xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli mundialın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, doğma azarkeşlər qarşısında çıxış etmək idmançılar üçün həm üstünlük, həm də əlavə təzyiq yaradır:

“İdmançılarımız həqiqətən də çox gözəl nəticələr əldə etdilər. "Doğma divarlar" arasında çıxış etməyin həm rahat, həm də çətin tərəfləri var. Bir tərəfdən, öz meydanımızda yarışırıq və azarkeşlərimiz bizi dəstəkləyir. Digər tərəfdən isə doğmalarını və yaxınlarını tribunada görmək idmançılarda əlavə təzyiq yarada bilər. Bəzən bu, onların çıxışına mənfi təsir göstərir. Buna baxmayaraq, hər kəsi təbrik edirəm”.

Qeyd edək ki, mətbuat konfransında ACF-nin vitse-prezidenti Elnur Məmmədli, icraçı vitse-prezidenti Rəşad Rəsullu, milli komandaların performans direktoru və kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman iştirak edirlər.

Xatırladaq ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Bakıda keçirilib. Azərbaycan yığması mundialda bir qızıl, iki gümüş və dörd bürünc medal qazanaraq böyüklər arasında dünya çempionatlarında medal sayına görə milli rekord müəyyənləşdirib. Əhməd Yusifov (60 kq) dünya çempionu olub. Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (100 kq-dan yuxarı) isə bürünc medal qazanıblar.

Şəhriyar Səmədov

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью