Elnur Məmmədov ETWF prezidenti ilə görüşüb FOTO

12.03.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gənclər və İdman Nazirliyində Avropa Kəndirlə Mübarizə Federasiyasının (ETWF) nümayəndələri ilə görüş keçirilib.

İdman.biz xəbər verir ki, görüşdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov qonaqlara ölkəmizdə milli idman növlərinin inkişafı barədə məlumat verib.

ETWF prezidenti Ralf Brauninger səfər çərçivəsində keçirilən görüşlər və Abşeron Olimpiya İdman Kompleksində idmançılar, məşqçilər və hakimlər üçün təşkil olunmuş seminar haqqında danışıb.

Görüşdə həmçinin Azərbaycanda kəndirdartma idmanının inkişafı və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью