Elnur Məmmədov Kamboca rəsmiləri ilə yeni əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib …
Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan və Kamboca Azərbaycan hökumət nümayəndə heyətinin Pnompendə səfəri çərçivəsində siyasi məsləhətləşmələrin 4-cü raundunu keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in Kamboca KİV-inə istinadən verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib.
Məlumata görə, görüş siyasət, iqtisadiyyat, turizm və təhsil sahələrində əməkdaşlığın əsas məsələlərinə həsr olunub.
Yerli jurnalistlərlə söhbətində Elnur Məmmədov, həmçinin qeyd edib ki, ölkənin turizm naziri Thonq Khon ilə görüş keçirib və tərəflər turizm əlaqələrinin inkişaf potensialını müzakirə ediblər.
Həmçinin nümayəndə heyətinin səfəri çərçivəsində Azərbaycan Dövlət Turizm Agentliyi ilə Kamboca nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.
"Biz qarşılıqlı turistlərin sayını artırmaq üçün həyata keçirə biləcəyimiz müxtəlif konkret təşəbbüslər haqqında danışdıq.
Mən şadam ki, biz bu istiqamətdə konkret addımları müəyyən edə bildik", - o bildirib.
Tam oxu
Xəbəri oxu