Elnur Mustafayev: “Aksiyada verilən qanlar ehtiyacı olan insanlara yönəldilir”

25.06.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

"Aşura günündə bədənə xəsarət yetirmək bu günün mahiyyətiylə ziddiyyət təşkil edir"
Bizim.Media xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev jurnalistlərə açıqlamasında qeyd edib.
"Qanvermə aksiyalarının keçirilməsi artıq ənənəvi hal alıb. Aksiyada verilən qanlar ehtiyacı olan insanlara yönəldilir. Bu da Aşura gününün mahiyyəti ilə vəhdət təşkil edir. Əlbəttə, Aşura günündə bədənə xəsarət yetirmək, müxtəlif ənənəvi, mənəvi dəyərlərimizə zidd olan hərəkətlərdən uzaq durmaq lazımdır. Bu hərəkətlər Aşura günü hadisələrinin mahiyyəti ilə ziddiyyət təşkil edir. Çünki bu günün fəlsəfəsində xeyirxah məramlar, bəşəri dəyərlər dayanır".
Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью