Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Stilist Elnur Həsəmov şou-biznesin tanınmış simalarının geyimlərində danışıb.
Axşam.az xəbər verir ki, stilist "İncə səhər" verilişində xanım ifaçıların kişilərdən daha zövqsüz olduğunu deyib:
"Şou-biznesdə stil qarışıqdır. Hər kəs yaxşı geyinir? Yox... Acınacaqlıdır. Kimə nə yaraşdı, yaraşmadı hamı geyinir. Ən çox səhvi xanımlar edir. Fərqli geyinən kişi müğənnilər azdır: Ədalət Şükürov, Zamiq Hüseynov, Namiq Qaraçuxurlu. Lalə Məmmədova, Rəqsanə ismayılova geyimində dəyişiklik edib. Türkan Vəlizadə son vaxtlar fərqli görünür".