Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

14.11.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 14 noyabr, AZƏRTAC

“Sea Breeze” ərazisində üç il ərzində 700-dən çox nar ağacı əkilib. Burada salınan nar bulvarının uzunluğu 3 kilometrdir. Gələcəkdə onun uzunluğunun 22 kilometrə çatdırılması planlaşdırılır.

Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində “Sea Breeze Landscape Group” komandasının baş meneceri Elnur Rüstəmzadə məlumat verib.

Onun sözlərinə görə, nar ağaclarının seçilməsi bu meyvənin milli və rəmzi əhəmiyyəti ilə bağlıdır. Nar ağaclarının əkilməsi ənənəsi gələcək illərdə də davam etdiriləcək.

Elnur Rüstəmzadə, həmçinin qeyd edib ki, “Sea Breeze” ərazisinin yaşıllaşdırılması müxtəlif ağac növlərini əhatə edir. Burada zeytun, evkalipt və çinar ağacları, eləcə də Eldar şamı da daxil olmaqla iynəyarpaqlı ağac növləri əkilib.

Müxbir – Lalə Minasazova

Fotoqraf – İlkin Cavanşirov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью