Elnur Şükürov da azadlığa çıxdı Foto

13.09.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əvəz Zeynallı ilə birgə məhkum edilmiş jurnalist Elnur Şükürov da azadlığa buraxılıb.

“Qafqazinfo”nun məlumatına görə, onun 3 illik həbs cəzası bu gün başa çatıb.

E.Şükürov saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Qeyd edək ki, “Səda TV”nin rəhbəri olan E.Şükürov rüşvət almaqda və dələduzluqda təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdi. Onunla birgə mühakimə edilərək 8 il 10 ay azadlıqdan məhrum edilən Əvəz Zeynallı isə bir müddət əvvəl xəstəliyinə görə cəzadan azad edilmişdi.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью