Elnurun həyatını xilas etmək mümkün olmadı

12.10.2025

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Oktyabrın 9-da Gəncə şəhərində yaşayış binasında baş verən partlayışda xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, ağır vəziyyətə xəstəxana yerləşdirilən usta - 1989-cu il təvəllüdlü Elnur Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, oktyabrın 9-da beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzildə yanğınla müşayiət olunan partlayış baş verib. Hadisə nəticəsində E. Qurbanovdan əlavə bir nəfər də xəsarət alıb. pizza mizza

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью