Elon Mask haqqında çəkilən film nümayiş olunacaq

18.09.2026

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Universal" kinostudiyası rejissor Aleks Qibninin amerikalı sahibkar Elon Mask haqqında çəkdiyi "Musk" sənədli filminin beynəlxalq nümayiş planlarından imtina etmədiyini təsdiqləyib.
Kulis.az xəbər verir ki, Venesiya Film Festivalındakı premyerasından sonra böyük rezonans doğuran 235 dəqiqəlik ekran işi Maskın Silikon vadisindəki yüksəlişindən Donald Tramp administrasiyası ilə siyasi ittifaqına qədər olan qalmaqallı fəaliyyətini əhatə edir.
Film oktyabrın 9-da ABŞ kinoteatrlarında nümayiş olunacaq, kinoteatr nümayişlərindən sonra isə televiziya və striminq hüquqlarına sahib olan “HBO” platformasında yayımlanacaq.
Ekran işində Maskın keçmiş həyat yoldaşı Custin Mask və keçmiş sevgilisi Eşli Sent-Kler daxil olmaqla bir çox önəmli fiqurun müsahibələri yer alır.

Ridli Skottun yeni "The Dog Stars" filmi - Kino tənqidçiləri nə deyir? "Sevgililərinizin neçə nəfər olmasının nə əhəmiyyəti var, əgər..." - Jak Lakan Lorkanın itmiş əsərləri tapıldı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью