Elon Mask: “Radikal solçular qalib gəlsə, Amerika bitəcək”

02.01.2026

Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.

Amerikalı sahibkar Elon Mask radikal sol qüvvələrin mümkün qələbəsinin ABŞ üçün ağır nəticələrə səbəb olacağını bildirib.

Doğru.az xəbər verir ki, o, bu fikirləri X sosial şəbəkəsində istifadəçilərdən birinin paylaşımına cavab olaraq yazıb. Maskın sözlərinə görə, radikal solçuların siyasəti, xüsusilə immiqrasiya məsələsinə yanaşmaları ölkənin gələcəyini təhlükə altına sala bilər.

Bəyanatda deyilir: “Radikal solçular qalib gələrsə, Amerika bitdi. Onlar qanunsuz immiqrasiya və saxtakarlığa qapı açacaqlar. Artıq Amerika olmayacaq.”

Mask daha əvvəl də radikal solçuların fəaliyyəti nəticəsində ABŞ-ın təkpartiyalı dövlətə çevrilə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Bu arada, ABŞ hakimiyyət orqanlarının 2025-ci ilin yanvar ayından etibarən 85 min vizanın ləğvini təsdiqlədiyi bildirilir.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью