Elon Maskdan Trampın qələbə qazandığını qeyd edib

06.11.2024

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

ABŞ-da səslərin hesablanması zamanı Respublikaçılar Partiyasının namizədi Donald Trampı dəstəkləyən amerikalı milyarder İlon Mask diqqətçəkən paylaşım edib.

Bizimyol.info xəbər verir ki, Amerikalı milyarder və "X"in sahibi İlon Maskın Floridada ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrini Respublikaçı namizəd Donald Trampla birlikdə izləyəcəyi bildirilir.

New York Times (NYT) qəzetinin Maskın təqvimindən xəbəri olan 3 mənbəyə əsaslanaraq verdiyi xəbərə görə, seçki prosesi boyunca güclü şəkildə dəstəklədiyi Respublikaçı namizədin bəzi mitinqlərinə də qatılan Mask seçki gecəsini Trampın Mar-a-Laqo kompleksində keçirir.

Elon Musk tennisdə matçlarda qalib gəldikdə istifadə edilən "Oyun, set və matç" ifadəsini yazaraq "qələbə" paylaşımı edib.

Mask Donald Tramp və aktyor-podkastin aparıcısı Co Roqanla çəkdirdiyi şəklini paylaşıb. Mask "X"dəki paylaşımında bunları yazıb: "Gələcək belə olacaq" O, qeydinin yanına atəş emojisi əlavə edərək, ABŞ-ı həyəcanlı və xoş günlərin gözlədiyini bildirib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью