Elon Maskın oğlu Trampla mətbuat konfransında iştirakçılardan birinə sus deyib Video

12.02.2025

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

İlon Maskın oğlu Donald Trampın çərşənbə axşamı, fevralın 11-də Ağ Evdə keçirdiyi mətbuat konfransında atası ilə birlikdə görünüb. Görüntülərdə o, atasının sözünü kəsib, onu təqlid edib, sonra isə həmsöhbətlərdən birinə “sus” deyib.

Bizimyol.info xəbər verir ki, Prezident Maskın Hökumətin Səmərəliliyi Nazirliyinin (DOGE) rəhbəri kimi fəaliyyəti ilə bağlı sərəncam imzalamağa hazırlaşarkən dörd yaşlı uşaq Oval Ofisdə atasının çiyninə çıxıb.

Jurnalistlərə danışan Musk federal hökumət proqramlarının azaldılmasını müdafiə edib və işinin şəffaflığını vurğulayıb. Lakin Mask danışarkən oğlu kiməsə “sus” deyib.

O, barmaqlarını da atasının qulağına qoyub və bu, bəzi müxbirləri güldürüb və Mask əlavə edib: "Burada iştirak etmək oğlumun xoşuna gələcəyini düşünürdüm, amma o, barmaqlarını qulağıma soxdu, belə də olur", - deyib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью