Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Axios portalı məhkəmə sənədlərinə istinadən iddia edir ki, amerikalı iş adamı İlon Mask ABŞ-ın yeni Hökumətin Effektivliyi Departamentinin (DOGE) əməkdaşı deyil və heç bir rəsmi səlahiyyətə malik deyil.
Ağ Evin Aparat rəhbəri Coşua Fişerdən sitat gətirir: “Ağ Evin digər yüksək səviyyəli məsləhətçiləri kimi, Maskın hökumət qərarlarını təkbaşına qəbul etmək üçün faktiki və ya formal səlahiyyəti yoxdur” .
Bundan əvvəl ABŞ Hökumətinin Effektivliyi Departamenti ABŞ-ın maliyyələşdirməyi planlaşdırdığı qəribə təşəbbüslərdən danışmışdı
DOĞRU.AZ