Elşad 48 ay müddətinə yarışlardan kənarlaşdırıldı

04.03.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan kikboksinqçisi Elşad Şahbazov 48 aylıq diskvalifikasiya olunub.

Fanat.Az-ın AMADA-ya istinadən məlumatına görə, buna idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğunun aşkarlanması səbəb olub.

E.Şahbazovun sanksiyasının qüvvəyə minmə tarixi 2023-cü il oktyabrın 25-i göstərilib. Diskvalifikasiyanın müddəti 2027-ci il oktyabrın 25-də bitəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью