Elşad Hacıyev:”“Polis niyə baxmır, niyə araşdırmır” deyənlərə…

01.05.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

“Polis niyə baxmır, niyə araşdırmır? Şəkidə kənd sakinlərinin heyvanları oğurlanır, kütləvi müraciət var”, – deyə bir neçə jurnalist həmkarımız sorğu verirdi. Xahiş etdik ki, məlumatı paylaşmayın, şübhəli şəxslər bilməli deyil ki, polis axtarır. Belə də oldu”.

Gununsesi.info bunu DİN-nin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev bir neçə gün əvvəl Şəkidə baş verən mal-qara oğurluğu ilə bağlı deyib.

O, bildirib ki, bu işin açılmasında jurnalistlər onlarla  kömək edib:

“Həmin məlumat gündəmə çıxmadı. Onlara təşəkkür etməyi özümə borc bilirəm. Nəticədə Bakıdan icarəyə götürdükləri avtomobillərlə Şəkidə mal-qara oğurlayan dəstə üzvləri ifşa olundular. Onlar Daşbulaq, Daşüz, Şorsu və daha 4 kəndindən oğurluq etməkdə şübhəli bilinirlər”.

Günay

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью