Elşad Quliyev: “Bizə dəstək olan xalqımıza təşəkkür edirəm”

25.05.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turu çərçivəsində Azərbaycan yığması Mavritaniyanı 2:0 hesabı ilə məğlub edib. 

Apasport.az xəbər verir ki, oyundan sonra millimizin baş məşqçisi Elşad Quliyev jurnalistlərin suallarını cavablandırıb:

"Bizə dəstək olan xalqımıza təşəkkür edirəm. Azarkeşlər sona qədər bizi dəstəklədilər. Bunun nəticəsində qələbə qazandıq. Çətin oyun idi. Səbrlə çalışdıq ki, rəqibin müdafiəsində boşluq tapaq. Sona yaxın qollar vura bildik. Komandami təbrik edirəm. Yaxşı oyun nümayiş etdirdik".

- Qrup mərhələsində ən çətin oyun hansı idi?
- Oyunlar getdikcə çətinləşir. Rəqiblər də bizi təhlil edir. Heç bir komanda açıq futbol oynamır. Hamısı oyunu müdafiədən qurur. Buna görə çox güc itiririk, ikiqat çətin olur.

Yüksək Liqa: “Neftçi”dən darmadağın Millimiz İsveçə məğlub oldu Yüksək Liqa: “Şuşa”dan darmadağın Millimizin baş məşqçisi: “Təcrübəsizliyin əziyyətini çəkdik” Millimiz Türkiyəyə məğlub oldu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью