Elşad Quliyev: Evdə oynamağın yükü ağırdır

19.05.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatına həsr olunan mətbuat konfransı təşkil olunub.

Apasport.az xəbər verir ki, tədbirdə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev də iştirak edib.

Mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Sizi narahat edən məqam nədir? 
- Federasiya bizim üçün hər cür şərait yaradıb. Biz də yaxşı hazırlaşmışıq. Komandamız tam hazırdır. Evdə oynamağın yükü ağırdır. Məsuliyyət ikiqat olur. Hər şey birinci oyundan asılıdır. Yaxşı start demək olar ki, dünya çempionatına daha uzağa getmək kimi rol oynayacaq.

- BƏƏ-də keçirilmiş turnirdə komanda xarakter göstərdi. Psixoloji olaraq uduzduq. Bu dəfə həmin problemləri keçə biləcəyik?
- Deməzdim ki, DÇ-də psixoloji tərəfdən uduzduq. Bu, doğru olmazdı. Dünya çempionatında ilk dəfə iştirak etsək də, yaxşı hazırlaşmışdıq. Futbol səhvlər üzərində qurulan oyundur. Fərdi səhvlərdən finala çıxa bilmədik. İki il keçib. Üzərində çalışmışıq ki, səhvlər azalsın. Səhvlərin azalması yaxşı nəticə qazanmağımıza kömək edəcək. Psixoloji tərəfdən də hazırıq. BƏƏ-də də hazır idik. Udduğumuz matçı uduzduq.

Faiq Hacıyev: "Bu gün başqa şeylərdən danışa bilərdik" Musa Qurbanlı: "Hələ 23 yaşım var, karyeram qarşıdadır" “Nə olar getmə, Emreli!” – Almanların təəssüfü "Sabah" "Dinamo"nu darmadağın etdi - 10:1 Mahir gələcəyi ilə bağlı danışıb: "Bu, mənim üçün vacib idi"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью