Elşad Quliyev: “Finaldan əvvəl iki saat psixoloji söhbətimiz oldu”

05.06.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Gün ərzində iki dəfə hardasa iki saat psixoloji söhbətimiz oldu”.

Bu sözləri İdman.Biz-in sualına cavab olaraq minifutbaol üzrə Avropa çempionu olmuş Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev deyib.

O futbolçuları final oyununa kökləməyin ağır proses olduğunu bildirib: Çünki yorğun idik. Amma yenə uşaqlara çox sağ ol deyirəm ki, toparlana bildik və finalda möhtəşəm oyun keçirdik”.

Azərbaycan millisi ikinci dəfə minifutbol üzrə Avropa çempionu olub. Slovakiyada keçirilən turnirdə millimiz finalda Ukraynanı məğlub edib - 2:0.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью