Elşad Quliyev: Möhtəşəm qələbə qazandıq | Icma.az
Icma.az, Idman.biz saytına istinadən bildirir. "Bu gün möhtəşəm qələbə qazandıq".
İdman.biz xəbər verir ki, bunu minifutbol üzrə Azərbaycanın millisinin baş məşqçisi Elşad Quliyev deyib.
O, Bakıda keçirilən dünya çempionatının yarımfinalınd Monteneqro komandası üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib: "Qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm.
Çətin oyun oldu, amma biz qarşıya qoyulan məqsədin öhdəsindən gəldik. Finala yüksəlmək əla duyğudur. Artıq final barəsində düşünə bilərik".
Qeyd edək ki, Azərbaycan yığmasının finaldakı rəqibi Macarıstan - Serbiya oyununda bəlli olacaq.
İdman.biz Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu