Elşad Quliyev: “Monteneqronu uda bilsək…”

30.05.2025

Icma.az, Apasport portalına istinadən məlumat verir.

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində Azərbaycan yığması İngiltərə millisini 2:1 hesabı ilə məğlub edib. 

Apasport.az xəbər verir ki, oyundan sonra millimizin baş məşqçisi Elşad Quliyev bir sıra açıqlamalar verib:

"Bütün xalqımızı təbrik edirəm. Çox gözəl oyun keçdi. Mərhələlər keçdikcə daha güclü rəqiblər gəlir. Komandam yaxşı mübarizə apardı. Qalib gəldik, sevinirik. Yarımfinal matçına hazırlaşacağıq".

- Belə davam etsək, dünya çempionu ola bilərik?
- Xeyirlisi inşallah. Əsas oyunumuz sabahdır. Monteneqronu uda bilsək, çempionluq haqda danışmaq olar.

- Monteneqro millisinin oyununu izlədiz?
- Tanıdığımız komandadır. Amma bütün komandalar dünya çempionatına fərqli hazırlaşır. Oyunlarını izləmişik. Mənim üçün yarımfinalın başqa təəssüratı var. Komandalar bu mərhələdə bütün güclərini qoyub finala çıxmaq istəyir.

"Şirvan" II Liqada - YENİLƏNİB “Qəbələ”də 5 ayrılıq - RƏSMİ "Qarabağ" - "Sabah" matçına 5000-dən çox bilet satılıb Latviya yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlanıb Pavol Şafranko: "Hər iki komanda üçün maraqlı oyun olacaq"
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью