Elşad Xose həbsdən buraxıldı

19.01.2026

Medicina portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Tanınmış reper Elşad Xose həbsdən azadlığa buraxılıb.

Medicina.az News24.az-a istinadən xəbər verir ki, reper polisin müvəqqəti saxlanma yerindən sərbəst buraxılıb.

Qeyd edək ki, 47 yaşlı sənətçi bir neçə gün əvvəl Yasamal rayonunda xuliqanlıq hərəkətlərinə görə saxlanılmışdı. Yasamal məhkəməsi ona 15 sutkalıq həbs vermişdi.

Repçi qərardan apelyasiya şikayəti verərək tanınmış şəxs olduğunu və xəstəlikdən müalicə olunduğunu bildirərək sərbəst buraxılmasını tələb etmişdi. Lakin Apelyasiya Məhkəməsi 15 sutkalıq həbs qərarını qüvvədə saxlamışdı.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью