Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Ganjavi Holding”in prezidenti Elşən Gəncəvi Türkiyənin İstanbul şəhərində Olcay Kutlucanın imzası ilə 17-ci dəfə keçirilən "ALTIN MELEK ÖDÜLLERİ 2025” layihəsində növbəti dəfə sayca ikinci olan "YILIN ULUSLARARASI EN BAŞARILI İŞ ADAMI” nominasiyası üzrə mukafatlandırılıb.
Mukafatlandırma mərasimində Türkiyənin və Azərbaycanın müxtəlif sahələrində fəaliyyət göstərən tanınmış simaları iştirak edib.
Elşən Gəncəvinin "ALTIN MELEK ÖDÜLLERİ 2025” layihəsində nominant olmasına səbəb Türkiyədə və Azərbaycanda sosial fəaliyyət istiqamətlərində töhvələri ilə tanınmasıdı.
İctimai xadim və iş adamı olaraq fəaliyyət göstərən Elşən Gəncəvi tədbirin çıxışında Azərbaycan-Türkiyə qardaşlığının 2-ci Qarabağ müharibəsində bütün sahələr üzrə birlikdə hərəkət etməsindən danışıb.
Elşən Gəncəvi Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Cənubi Azərbaycan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Şimali Kipr Türk Respublikası, Macarıstan dövlətlərinin birliyi olan "TURAN BİRLİYİ DÖVLƏTLƏRİ” mövzusunda çıxışını davam elətdirərək bitirib.
Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu iqtisadçı, ictimai xadim və iş adamı olaraq fəaliyyət göstərir.
Elşən Gəncəvi "Ganjavi Holding”in prezidenti, "Najafsoy Group”un direktoru, "Ganjavi Media”nın və "Siyasi.az” xəbər portalının baş redaktoru, Demokratik İslahatlar Partiyasının redaksiya komissiyasının üzvüdür.