Elşən İbrahimov Rusiyadan çıxarılır KONKRET

09.07.2025

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov bu dəqiqələrdə Rusiyadan deportasiya olunur.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, məlumata görə, o, Moskvanın Şeremetyevo hava limanından Bakıya yola salınacaq.

Qeyd edək ki, İbrahimov bir müddət əvvəl Rusiya vətəndaşlığından məhrum edilmişdi. Buna səbəb onun ölkədə qalma qaydalarını pozması olub.

Elşən İbrahimovun Azərbaycana qayıtdıqdan sonra məsələ ilə bağlı geniş açıqlama verəcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью