Elşən Quliyevə vəzifə verildi

15.05.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Peyk Zavodu” MMC-nin direktoru Məhəbbət Hümbətov vəzifəsindən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, zavoda rəhbərlik Elşən Quliyevə həvalə olunub.

O, vaxtilə nazirliyə məxsus "Alov Zavodu"nun direktoru olub.

Xatırladaq ki, “Peyk Zavodu” 1993-cü ildə Fransanın "M.U.P. İndustrie G.İ.E." konsorsiumunun iştirakı ilə tikilib, 1996-cı ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 765 578 manatdır. Müəssisə müxtəlif çap lövhələrinin istehsalı ilə məşğuldur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью