Eltac Səfərli: Bu, tarixin ən güclü Azərbaycan çempionatıdır

03.02.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Şəhriyar Məmmədyarovu yarışın favoriti sayıram". Sport24.az xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Eltac Səfərli ölkə çempionatı ilə bağlı federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib

32 yaşlı qrossmeyster 1/16 finalda Paşam Əlizadəni məğlub etməsinə (2:0) toxunub:

"İlk oyunum idi. 14 yaşlı rəqiblə üz-üzə gəldim. O qədər də asan deyildi. Daha asan olacağını düşünürdüm, rəqib pis oynamadı. Dünən qarşılaşma heç-heçəyə gedə bilərdi. Son anda qələbə qazandım".

Səfərli titullu şahmatçıların turnirə qatıldığını xatırladıb:

"Çox çətin olacaq. Sürpriz nəticələr qeydə alına bilər. Şəhriyar Məmmədyarovu favorit sayıram. Hər mərhələni keçmək lazımdır. Alınmasa, normal baxıram. Bu, tarixin ən güclü Azərbaycan çempionatıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью