Eltac Səfərlidən növbəti qələbə

14.12.2024

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şahmatçımız Eltac Səfərli Şimali Makedoniyanın paytaxtı  Skopyedə keçirilən "Skopje Open" beynəlxalq turnirində ardıcıl üçüncü qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, o, üçüncü turda yerli şahmatçı Emil Risteskiyə qalib gəlib.

Aktivində 3 xal olan təmsilçimiz turnir cədvəlinə başçılıq edir. Yarışda 96 şahmatçı mübarizə aparır.

Qeyd edək ki, Eltac bundan əvvəl Skopyedə keçirilən sürətli şahmat üzrə Avropa çempionatında çıxış edərək rapid üzrə dördüncü yeri tutub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью