Elton Hüseynəliyev buna görə həyat yoldaşına təşəkkür etdi Xəbər saytı Son xəbərlər və Hadisələr

20.12.2024

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əməkdar artist Elton Hüseynəliyev şəxsi həyatı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, bu gün Heydər Əliyev sarayında konsert verən ifaçı ona dəstəyinə görə həyat yoldaşı Tamilla xanıma təşəkkür edib.

Hüseynəliyev bu konserti ona həsr etdiyini vurğulayıb:

"Mən bu günə qədər mənə dəstək olan həyat yoldaşım Tamilla xanına təşəkkür edirəm. Daima yanımda olduğu üçün ona minnətdarlığımı bildirirəm. Bu konserti xanımıma həsr edirəm".

Xatırladaq ki, Tamilla xanım Elton Hüseynəliyevin həm xanımı, həm də prodüseridir. 10 ildən çoxdur evli olan cütlüyün iki qız övladı var.

Zöhrə Pənah

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью