Eltonun yeni işi

21.05.2025

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Əməkdar artist Elton Hüseynəliyev müəllim fəaliyyətinə başlayır. 

Axşam.az xəbər verir ki, müğənni "İncə səhər" verilişində yeni mövsümdən fəaliyyətə başlayacağını deyib:

"Çox maraqlı işdir. Oğlan tələbələrinə yardım etmək istəyirəm. Onların səs dəyişməsinə kömək edəcəyəm. Kişilərdə 15 yaşına qədər hər yerdən oxuya bilən birdən səsini itirir. Onu qorumaq lazımdır. Bütün təhsil ocaqlarında vokal dərsi bir yana, mahnı janrında dərs deyilməlidir. Uşaqlara dərs deyilməlidir. Mən 3 il səsimi gözləmişəm. Oxusaydım, səsim belə olmayacaqdı".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью