Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 15 oktyabr, AZƏRTAC
Türkiyədə hökm sürən əlverişsiz hava şəraiti və qasırğa İstanbulda nəqliyyatın hərəkətini iflic edərək 40-dan çox təyyarənin digər şəhərlərin hava limanlarına yönləndirilməsinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilir ki, şiddətli yağışlar nəticəsində şəhərdə 1200-dən çox yaşayış binası su altında qalıb və 15 torpaq sürüşməsi qeydə alınıb. Səlahiyyətlilər isə sakinləri və turistləri zərurət olmadıqca evdə qalmaga çağırıb.