Əlvida, Felmar bəy! Sabir Rüstəmxanlı

02.03.2025

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Vətəndaş Həmrəyliyi partiyası Ali Məclisinin sədri Felmar Ələkbərli vəfat edib. 

Redaktor.az xəbər verir ki, Xalq şairi Sabir Rüstəmxanlı "Facebook" səhifəsində F.Ələkbərlinin vəfatı ilə bağlı paylaşım edib.

"Vətəndaş Həmrəyliyi partiyası Ali Məclisinin sədri, siyasi həyatımızda öz yeri olan, Azərbaycan sənayesinin inkişafı yolunda mühüm xidmətlər göstərmiş əziz dostumuz, gözəl insan Felmar Ələkbərlı bu gün haqqa qovuşmuşdur. Ailə üzvlərinə, dostlarına, yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Allah rəhmət eləsin. Ruhu şad olsun…".

Vasif 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью