Elvin Bədəlov legionerə saymağı öyrədir, Ramil Şeydayev oyundaşlarını sevindirir “Neftçi”d…
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq. Ötən mövsümü uğursuzluqla başa vuran”Neftçi” yeni mövsümə hazırlığı davam etdirir.
14 futbolçu ilə yolları ayıran “ağ-qaralar” ikisi yerli olmaqla 8 futbolçunu heyətinə qatıb.
Klub bundan sonra da bir neçə transfer etməyi planlaşdırır. “Neftçi” artıq dörd gündü təlim-məşq toplanışını Polşada davam etdirir.
Klub telekanalı komandanın məşqlərindən yaddaqalan anları 8 dəqiqə 35 saniyəlik videoya sığdırıb.Komandadaxili əhval-ruhiyyə yüksək səviyyədədi.
İstər legioner, istərsə də yerli futbolçular – hər kəs bir-biri ilə yaxındı. Futbolçular yorulsa da, həvəssiz deyil.
Zədəli İmad Farajdan başqa hamı məşqdə iştirak edir. Ən həvəsli, istəkli futbolçulardan biri də, bilirsiz, kimdi? Ramil Şeydayev.
Murad Xaçayev və Elvin Bədəlov cütlük çəklində çalışır. Bassala Sambu və Sessi D`Almeyda Azərbaycan dilində öyrənməyə çalışır.
Elvin Bədəlov Sambuya “maşallah” sözünü, Sessiye 1-dən 5-ə beşə qədər saymağı öyrədir. Videoya maraqlı bir kadr düşüb.
Tam oxu
Xəbəri oxu