Elvin: “Bunun üçün ayrı sevincliyəm”

02.10.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Çempionlar Liqasında “Kopenhagen”ə qalib gəldikləri oyundan (2:0) sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, matçın ən yaxşı futbolçusu seçilən müdafiçi bunları deyib:

“UEFA Çempionlar Liqasında qarşılaşmanın ən yaxşısı seçilən ilk azərbaycanlı futbolçuyam. Bunun üçün çox qürurluyam. Bütün komanda yoldaşlarıma, məşqçilərimə təşəkkür edirəm. Onların da əziyyəti var.

“Kopenhagen”lə oyunun çətin keçəcəyini bilirdik. Öz azarkeşlərimizin önündə qalibiyyət əldə etdik. Bunun üçün ayrı sevincliyəm. Həm də Azərbaycanda ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində qələbə qazandıq. Bu da tarixdir. Hər kəsi təbrik edirəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью