Elvin Camalov: Kubokda daha şanslı görünürük, nəinki çempionatda | Icma.az
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır. “Hər iki komanda üçün çətin oyun olacağını ən başından bilirdik.
Düzdür, hava şəraiti bizə mane olsa da, əvvəllər də belə havada oynamışıq. Hətta Avropada bu hal daha tez-tez yaşanır.
Havanın necə olmasından asılı olmayaraq, məqsədimiz sona qədər vuruşmaq, meydandan qələbə ilə ayrılmaq idi.
Çox şükür ki, istəyimizə çatdıq və “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldik”.
İdman.biz futbolinfo.az-a istinadən xəbər verir ki, bunu “Neftçi”nin yarımmüdafiəçisi Elvin Camalov Misli Premyer Liqasının 24-cü turunda “Sumqayıt”la oyundan sonra deyib.
30 yaşlı futbolçu komandasının ölkə kubokundakı şanslarını dəyərləndirib: "Təcrübəli yarımmüdafiəçi ölkə kubokunda da iddialı olduqlarını qeyd edib: “Kubok oyunu həmişə maraqlı olur.
İlk matçda qalib gəlsən də, ikinci oyunda hər şey dəyişə bilər. Ona görə də rahatlamaq olmaz.
Səfərdə “Kəpəz”ə qalib gəlmişik, amma bu, bizdə arxayınlıq yaratmayıb.
Tam oxu
Xəbəri oxu