Elvin Camalov “Neftçi”də RƏSMİ İdmanXəbər

24.01.2025

Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Daha öncə “Sabah”dan ayrılan Elvin Camalov “ağ-qaralar”la 1,5 + 1 il şərti ilə müqavilə imzalayıb. 29 yaşlı dayaq yarımmüdafiəçi 4 nömrəli formanı geyinəcək. 

Qeyd edək ki, “Qəbələ”nin yetirməsi olan Camalov “Zirə” və “Sabah” klublarında da çıxış edib. Sonuncu klubu “Sabah”ın kapitanı olmuş təcrübəli futbolçu 2018/19 mövsümündə “Qəbələ” ilə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb. O, milli komandamızın heyətində 20 oyun keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью