Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Neftçi”nin yarımmüdafiəçisi Elvin Camalov Misli Premyer Liqasının 36-cı turunda “Sabah”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik: - Uğursuz mövsüm keçirən “Neftçi” son turda da uduzdu...
- Əslində pis oyun keçirmədik. Qol vəziyyətləri yaratdıq. Lakin imkanlardan istifadə edə bilmədik. Mövsümü 3 xalla başa vurmaq istəyirdik.
Təəssüf ki, meydanı məğlub tərk etdik. - Qırmızı vərəqələr oyunun taleyinə nə dərəcədə təsir göstərdi?
- Rəqib azlıqda qaldıqdan sonra say üstünlüyündən istifadə edə bilmədik. Əksinə, rəqib azlıqda qalandan sonra qapımızda qol gördük.
Sonra çalışdıq ki, hesabı bərabərləşdirək. Qol vurmaq əvəzinə özümüz azlıqda qaldıq.
- Belə görünürdü ki, “Sabah” azlıqda qaldıqdan sonra daha yaxşı oynamağa başladı. Bunu nə ilə əlaqələndirmək olar?