Elvin Cəfərquliyev antirekordla yadda qaldı

28.12.2024

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2024-cü ildə ən çox qırmızı vərəqə alan futbolçular bəlli olub.

"Cebheinfo.az" xəbər verir ki, dünyanın anrtirekordçularını İFFHS açıqlayıb. İl ərzində üç futbolçu hərəyə 4 qırmızı vərəqə alıb.

Onlardan biri "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevdir. O, Avropa Liqasının "Braqa", "Bayer", "Ayaks", Misli Premyer Liqasının "Araz-Naxçıvan"la görüşlərində meydandan qovulub. İFFHS Elvinin qitəmiqyaslı eyni turnirdə bir təqvim ilində üç qırmızı almasını "nadir nailiyyət" kimi dəyərləndirib.

Azərbaycan çempionu 2024-cü ildə 4 qırmızı vərəqə alan ilk oyunçu olub. 

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью