Elvin Cəfərquliyev aparıcıdan mikrafonu alıb azarkeşlərə səsləndi VİDEO | Icma.az

22.01.2026

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qarabağ" klubunun futbolçusu Elvin Cəfərquliyev "Ayntraxt" (Almaniya) üzərində qələbəni özünəməxsus şəkildə qeyd edib.

Milli.Az xəbər verir ki,  "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda doğma meydanda "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib.

Ağdam təmsilçisinin heyətində Kamilo Duran dubl müəlliffi (4, 80) olub. Qonaqların heyətində Can Uzun (11) və Fares Chaibi (78-pen) fərqləniblər. "Köhlən atlar"a qələbə gətirən qola isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb.

Qələbəni qeyd edən Elvin Cəfərquliyev aparıcıdan mikrafonu alaraq tamaşaçılara səslənib və fərqli şəkildə reaksiya verib. 

Milli.Az həmin görüntüləri təqdim edir:

Ayxan

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью