Elvin Cəfərquliyev əməliyyat olundu

02.09.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən futbolçumuz Elvin Cəfərquliyev əməliyyat olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələsinin (m. semitendinosus) distal vətərində müəyyən edilən zədələnmə ilə əlaqədar cərrahi əməliyyatı uğurla başa çatıb. pizza hut

Elvin Cəfərquliyevin müalicə və bərpa prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdiriləcək.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью