Elvin Cəfərquliyev: Əsas odur ki, çalışdığımızı ortaya qoya bilək

10.01.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Çətin oyun oldu. Çünki qısa müddətdir yığışmışıq və ilk yoxlama matçımızdır". Bu sözləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev deyib.

Yarımmüdafiəçi qış toplanışı çərçivəsində "Kəpəz"lə (5:1) keçirilən yoxlama görüşündən sonra hazırlıq prosesindən danışıb. O, yoxlama görüşlərində nəticənin önəmli olmadığını dabildirib: "Bu oyunda nəticənin önəmi yoxdur. Əsas odur ki, çalışdığımızı ortaya qoya bilək. İkinci yoxlama oyunumuz da var. İnanıram ki, bu görüşdə də istədiyimizi ala biləcəyik".
Qeyd edək ki, "Qarabağ" qış təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama görüşünü "Zirə"yə qarşı keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью