Elvin Cəfərquliyev həftənin ən yaxşıları arasında...

22.01.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

UEFA Çempionlar Liqasında əsas mərhələnin VII turunun rəmzi heyəti müəyyənləşib.

Axar.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev də həftənin ən yaxşıları arasında yer alıb.

Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Elvin Cəfərquliyev "Qarabağ"ın evdə Almaniyanın “Ayntraxt Frankfurt” klubunu 3:2 hesabı ilə məğlub etdiyi oyunda 90 dəqiqə meydanda olub. O, bir məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью